Rusiyaya şok: Kalininqradın məhvi planı hazırdır - General

Rusiyaya şok: Kalininqradın məhvi planı hazırdır - General

Hazırda oxunan: Rusiyaya şok: Kalininqradın məhvi planı hazırdır - General

260469

NATO üzrə müttəfiqlər zərurət yaranacağı təqdirdə, Rusiyaya məxsus Kalininqrad bölgəsini çox qısa müddətdə yer üzündən silə bilərlər.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın Avropa və Afrika qoşunlarının komandanı, general Kristofer Donahyu “Defense News” nəşrinə açıqlamasında bildirib.

Generalın sözlərinə görə, hazırda ABŞ ordusu və NATO üzrə müttəfiqlər yeni strateji planın həyata keçirilməsinə başlayırlar. Bu planın mahiyyəti ondan ibarətdir ki, alyans ölkələri mümkün Rusiya təcavüzü kontekstində diqqəti hava və dəniz komponentlərindən quru qoşunlarına yönəldirlər.

Donahyu qeyd edib ki, Rusiya təhdidinə qarşı plan çərçivəsində NATO müttəfiqləri alyans üzvlərinin sənaye və iqtisadi potensialını nəzərə alaraq standartlaşdırılmış silah sistemləri və informasiya mübadiləsi mexanizmləri üzərində təcili şəkildə işləyirlər.

Vurğulanır ki, NATO Rusiya-Ukrayna müharibəsinin təcrübəsini də nəzərə almağa çalışır. Bu müharibədə əsas qarşıdurma quru döyüşlərində olub, düşmənin dəniz və hava potensialının qarşısının alınması da əsasən yerüstü vasitələrlə həyata keçirilib, simmetrik dəniz və hava sistemləri ilə yox.

Bu kontekstdə general Donahyu rusların nəzarətində olan, eni təxminən 75 km olan və dörd bir tərəfdən NATO ölkələri ilə əhatələnmiş Kalininqrad bölgəsini yada salıb:

“İndi biz bu bölgəni yerüstü vasitələrlə görünməmiş sürətlə və indiyədək bacardığımızdan daha tez bir zamanda yer üzündən silə bilərik. Biz artıq bunun planını hazırlamışıq”. (Axar.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO