İradə İbrahimova: “Həyatımda yeni dövr başladı”

İradə İbrahimova: “Həyatımda yeni dövr başladı”

Hazırda oxunan: İradə İbrahimova: “Həyatımda yeni dövr başladı”

260164

Müğənni İradə İbrahimova uzun fasilədən sonra yeni iş təqdim edəcəyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, müğənni albom hazırladığını deyib.

O bildirib ki, yaxın günlərdə albomda yer alan mahnılardan birini tamaşaçıların ixtiyarına verəcək:
 

"Həyatımın bir dövrünü bağladığımı, yenisini açdığımı hiss etdiyim duyğularımın toplamıdır "Dəm". Həyatımda özüm üçün arzu etdiyim, xəyalını qurduğum bir çox şeyə çatmağın verdiyi hüzurla, fərahlıqla, dərindən nəfəs alaraq yola davam edirəm. Şükrüm sonsuz. Mənim üçün vaxt, qaynamaq vaxtı deyil, "Dəm" vaxtıdır.


Sənətimdə verdiyim fasilənin sevənlərimlə aramdakı rabitəni gücləndirdiyini, məni daha yaxından tanımaqlarına səbəb olduğunu düşünürəm. Bu duyğuları mənə yaşadan Allaha, hər şeyə, hər kəsə minnətdaram. Mənim üçün hər albom bir hekayə". (Musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO