Bakıda evdən 60 min manatdan çox pul oğurlayan QADIN İMİŞ

Bakıda evdən 60 min manatdan çox pul oğurlayan QADIN İMİŞ

Hazırda oxunan: Bakıda evdən 60 min manatdan çox pul oğurlayan QADIN İMİŞ

260015

Paytaxtın Nizami rayonunda evlərin birindən oğurluq edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, rayonun Q.Qarayev prospektində yerləşən evdən 30 000 dollar və 12 000 manat oğurlanması barədə zərərçəkən şəxs polisə müraciət edib. Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 22 yaşlı qadın müəyyən olunaraq saxlanılıb.

Analoji hadisə Sabunçu rayonunda da baş verib. Evlərin birindən 25000 manat və 20000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə daxil olmuş müraciət əsasında keçirilən tədbirlərlə əvvəllər dəfələrlə məhkum olunmuş 56 yaşlı İ.Çurin müəyyən edilərək saxlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO