Ölümə aparan ƏSƏB - Psixoloji gərginlik sağlamlığımızı necə YEYİR?

Ölümə aparan ƏSƏB - Psixoloji gərginlik sağlamlığımızı necə YEYİR?

Hazırda oxunan: Ölümə aparan ƏSƏB - Psixoloji gərginlik sağlamlığımızı necə YEYİR?

260008

Son illər ölümcül xəstəliklərin yaranmasında psixoloji gərginliyin və əsəbin ciddi rol oynadığı iddia olunur. Təkcə fərdi sağlamlığa deyil, ailə münasibətlərinə də mənfi təsir göstərən bu vəziyyət cəmiyyətin psixoloji dayanıqlığını sarsıtmaqdadır.
 

MÖVZU İLƏ BAĞLI:

Valideynlərin NƏZƏRİNƏ: Uşaqlara heç vaxt bu sözləri deməyin


Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında  sosial tədqiqatçı Lalə Mehralı bildirib ki, artıq sosial həyatın hər pilləsində psixoloji problemlərdən əziyyət çəkən insanlara rast gəlirik:

 “Bəzən bir insanı sakit kimi tanıyırıq. Amma psixoloji gərginlik, sinir böhranı yaşandığı anda anlayırıq ki, o, əslində heç tanımadığımız biri imiş. Bu gün hər birimizin ətrafında ciddi ruhi-psixoloji narahatlıqları olan insanlar var və bu, cəmiyyətin ən ağır sosial problemlərindən birinə çevrilib”, - deyə o, bildirib.

Mehralının sözlərinə görə, insanlar problemlərinin fərqindədirlər, lakin müxtəlif səbəblər, maddi çətinlik, iş həyatı, gündəlik stress, onları bu problemi gözardı etməyə vadar edir. Nəticədə isə psixoloji durum daha da ağırlaşır:

“Sadəcə bu, əlacsızlıqdır. İnsan problemi tanıyır, lakin ona çarə tapa bilmir və ertələdikcə vəziyyət dərinləşir. Pandemiya dövründə insanlar ünsiyyətin nə qədər önəmli olduğunu anladı. İndiki psixoloji vəziyyətin bir səbəbi də uzun müddət sosial təcrid və ünsiyyətsizlikdir.”

Lalə Mehralı qeyd edir ki, canlı ünsiyyət yalnız sözlə deyil, duyğuların paylaşılması ilə baş tutur. İnsani əlaqələrin zəifləməsi isə insanların daxili boşluq və tənhalıq hissini daha da artırır.

Mütəxəssislər hesab edir ki, bu vəziyyətin qarşısını almaq üçün cəmiyyətdə psixoloji maarifləndirmə gücləndirilməli, insanların psixoloji dəstəyə əlçatanlığı təmin edilməlidir.

Aygün Hüseyn, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO