Goranboyda piyadanı vurub sonra özü vəfat edən sürücü barədə bəzi detallar məlum olub.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, dünən axşam saatlarında Goranboy rayonu Qaradağlı kənd sakini, 1965-ci il təvəllüdlü Sadıqov Qəzənfər Musa oğlu idarə etdiyi “Hyundai" markalı avtomobillə Düzqışlaq kənd ərazisində qeydiyyatsız yaşayan 1964-cü il təvəllüdlü Gəncəli Əsgərovu vurub.
Sürücü yaralını dərhal şəxsi avtomobili ilə Gəncə şəhərinə xəstəxanaya aparmaq istəyib. Qəza zamanı ağır xəsarətlər alan Gəncəli Əsgərov yolda vəfat edib. Bundan qorxan sürücü Qəzənfər Sadıqov isə Gəncə şəhərinin girişində sükan arxasında ürək tutmasından dünyasını dəyişib.
Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

- A-
- A
- A+
Cəmiyyət
09:13 / 15.07.2025
Avtomobili ilə vurduğu piyadanı xəstəxanaya aparmaq istədi, özü də VƏFAT ETDİ
Hazırda oxunan: Avtomobili ilə vurduğu piyadanı xəstəxanaya aparmaq istədi, özü də VƏFAT ETDİ
Hazırda oxunan: Avtomobili ilə vurduğu piyadanı xəstəxanaya aparmaq istədi, özü də VƏFAT ETDİ
259953
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.