Paşinyan son 3 ildə 6-cı dəfə Makronu Ermənistana dəvət etdi

Paşinyan son 3 ildə 6-cı dəfə Makronu Ermənistana dəvət etdi

Hazırda oxunan: Paşinyan son 3 ildə 6-cı dəfə Makronu Ermənistana dəvət etdi

259838

Ermənistanın baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makronu yenidən Ermənistana dəvət edib. Bu, son üç ildə artıq altıncı dəvətdir, lakin Fransa lideri hələ də Ermənistana səfər etməyib.

Bizim.Media erməni KİV-lərinə istinadən xəbər verir ki, baş nazir öz müraciətində Ermənistanla Fransanın çoxəsrlik dostluqla birləşdiyini və bu tarixi əlaqələrin dövlətlərarası münasibətlərin inkişafında mühüm rol oynadığını qeyd edib.
 

“Dost Fransa tərəfindən göstərilən davamlı və mühüm dəstəyi, o cümlədən sizin Cənubi Qafqazda ədalətli və dayanıqlı sülhün bərqərar olunmasına yönəlmiş şəxsi səylərinizi yüksək qiymətləndiririk”, – deyə Paşinyanın məktubunda bildirilib.


Qeyd edək ki, Fransa prezidentinin Ermənistana ilk və sonuncu rəsmi səfəri 2018-ci ilin oktyabrında baş tutub.

O vaxtdan bəri Paşinyan dəfələrlə Makronu İrəvana dəvət etsə də, Fransa lideri bu səfərə hələ də razılıq verməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO