Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu, N.Tusi küçəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən Bizim.Media-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində BMW markalı minik avtomobilinin mühərrik hissəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər hissələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində minik avtomobilinin mühərrik hissəsi qismən yanıb.
Avtomobilin böyük hissəsi yanğından mühafizə olunub.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:40 / 12.07.2025
Bakıda BMW yanıb - VİDEO
Hazırda oxunan: Bakıda BMW yanıb - VİDEO
Hazırda oxunan: Bakıda BMW yanıb - VİDEO
259497
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.