2025/26 mövsüm üçün heyət çalışmalarına start verən “Sumqayıt” ilk futbolçu keçidini reallaşdırıb.
Bizim.Media xəbər verir ki, Premyer Liqa təmsilçisi portuqaliyalı oyunçu Pedro Pinto ilə 1+1 illik müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
30 yaşlı müdafiəçi “Sumqayıt”ın heyətində “14” nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, son klubu Anqolanın “Petro Luanda” olan Pedro Pinto karyerası ərzində Portuqaliyanın “Vitoria Setubal”, “Arouka” kimi klublarının da şərəfini qoruyub.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
18:43 / 10.07.2025
“Sumqayıt” portuqaliyalı futbolçu TRANSFER ETDİ
Hazırda oxunan: “Sumqayıt” portuqaliyalı futbolçu TRANSFER ETDİ
Hazırda oxunan: “Sumqayıt” portuqaliyalı futbolçu TRANSFER ETDİ
259247
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.