Litri 20 manatdır - Xərçəngi məhv edir

Litri 20 manatdır - Xərçəngi məhv edir

Hazırda oxunan: Litri 20 manatdır - Xərçəngi məhv edir

258918

ABŞ-də alimlər zeytun yağının xərçəngə qarşı gözlənilməz təsirini üzə çıxarıblar.

Bizim.Media xəbər verir ki, Rutgers Universiteti ilə Hunter College-in birgə apardığı araşdırma nəticəsində məlum olub ki, zeytun yağında təbii şəkildə olan bir maddə - oleokantal - xərçəng hüceyrələrini cəmi yarım saata məhv edə bilir.

Tədqiqat zamanı alimlər bu maddənin yalnız xəstə hüceyrələri hədəf aldığını və sağlam hüceyrələrə zərər vermədiyini müşahidə ediblər.

Oleokantal hüceyrənin içində tullantıların toplanmasına cavabdeh olan lizozomları sıradan çıxararaq hüceyrənin daha tez ölməsinə səbəb olur. Normalda bu proses bir neçə saat çəkir, lakin oleokantal təsiri ilə cəmi 30 dəqiqəyə baş verir.
 

Mütəxəssislər bu kəşfin gələcəkdə xərçəngə qarşı alternativ müalicə üsullarının inkişafında önəmli rol oynaya biləcəyini deyirlər. Onların fikrincə, hər gün bir qaşıq təmiz zeytun yağı qəbul etmək, həm immun sistemini möhkəmləndirə, həm də xərçəng riskini azalda bilər.


Hazırda araşdırmalar davam etdirilir və alimlər bu maddənin tibbi preparatlara inteqrasiya imkanlarını da öyrənirlər. (milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO