Hamilə qadınlar bu xidmətlərdən PULSUZ YARARLANACAQ

Hamilə qadınlar bu xidmətlərdən PULSUZ YARARLANACAQ

Hazırda oxunan: Hamilə qadınlar bu xidmətlərdən PULSUZ YARARLANACAQ

258757

Hamiləlik dövründə TƏBİB-in tabeliyindəki tibb müəssisələrində təbii doğuş ödənişsiz şəkildə, yəni icbari tibbi sığorta hesabına həyata keçirilir.

Bizim.Media xəbər verir ki, bu barədə TƏBİB-in sosial şəbəkə hesabında məlumat paylaşılıb.

Bildirilib ki, tibbi xidmətlərdən hamilə qadınların yararlanması məqsədilə hamiləliyin nəzarəti aparılan tibb müəssisəsi tərəfindən 30-cu həftəsindən sonra tərtib edilən mübadilə vərəqələri təqdim edilir:
 

“Hamilə qadının seçimi də nəzərə alınmaqla doğuşun təşkili və ya icrası ixtisaslı tibb müəssisəsinə yönləndirilir. İcbari tibbi sığorta çərçivəsində hamilə qadınlara doğuşaqədər tibbi xidmətlər və nəzarət, həmçinin patronaj xidməti ilkin səhiyyə xidmətinə uyğun olaraq həkim-mama ginekoloqlar tərəfindən həyata keçirilir. Tibbi göstəriş olduğu halda qeysəriyyə əməliyyatı da icbari tibbi sığorta çərçivəsində icra olunur.


Bundan əlavə, hamilə qadında digər xəstəlik aşkar olunarsa və bu diaqnoz Xidmətlər Zərfinə uyğun olaraq təminata alınıbsa, vətəndaş tibbi xidmətdən ödənişsiz əsaslarla yararlana bilər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO