Rusiya Xarkova dronlarla hücum etdi: 27 yaralı var – VİDEO

Rusiya Xarkova dronlarla hücum etdi: 27 yaralı var – VİDEO

Hazırda oxunan: Rusiya Xarkova dronlarla hücum etdi: 27 yaralı var – VİDEO

258543

Rusiya ordusu bu səhər dronlarla Xarkovun bir neçə rayonuna zərbə endirib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Unian.net saytı yayıb.

Mənbə qeyd edir ki, nəticədə 27 nəfər yaralanıb. Onların arasında uşaqlar da var.
 

Xarkov meri İqor Terexov bildirib ki, düşmən şəhərə iki “Şahed” tipli dronla hücum edib. Hədəf Şevçenko rayonu olub. Daha sonra yeni partlayışlar və şəhər üzərində yeni dronlar barədə xəbərdarlıq verilib.


Xarkov vilayət administrasiyasının rəhbəri Oleq Sinequbov dəqiqləşdirib ki, Şevçenko rayonunda dron 8-ci mərtəbədə yerləşən mənzildə yanğına səbəb olub. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO