Ermənistanın istefa verən xarci işlər naziri Ara Ayvazyan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın ittihamlarına cavab verib.
Bizim.Media xəbər verir ki, sabiq nazir Qriqoryanın dediklərini gülünc adlandırıb:
MÖVZU İLƏ BAĞLI:
Mina xəritələrini Ara Ayvazyan gizlədirmiş - MƏQSƏD NƏDİR?
“Mən bu gülünc ittihamlara və mənə qarşı hücumlara cavab verməyəcəyəm. Həmin müddət ərzində kimin nə etdiyi ilə bağlı hər şey sənədləşdirilir və qeydiyyata alınır."
"Xatırlatmaq istəyirəm ki, istefama bir həftə qalmış Baş nazir kabinet iclasında XİN-in səmərəli işindən yüksək səviyyədə danışmışdı”.
Xatırladaq ki, Armen Qriqoryan bundan əvvəl Ara Ayvazyanı əsirlərin qaytarılması prosesini əngəlləməkdə günahlandırmışdı.
Bizim.Media