MOSKVA İCAZƏ VERDİ - Bir milyon turist Türkiyəyə getmək üçün növbədə dayanıb

MOSKVA İCAZƏ VERDİ - Bir milyon turist Türkiyəyə getmək üçün növbədə dayanıb

Hazırda oxunan: MOSKVA İCAZƏ VERDİ - Bir milyon turist Türkiyəyə getmək üçün növbədə dayanıb

25741

Bizim.Media xəbər verir ki, bu barədə “Ria Novosti” məlumat verib. Məlumata görə, hər iki ölkə arasında  həm müntəzəm, həm də çarter reysləri bərpa olunub.  
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda GÖBƏLƏK TURİZMİ - Regional aeroportlar niyə işləmir?


Bu şad xəbər Rusiyadan Türkiyəyə tətilə yollanmaq istəyən 1 milyon turisti sevindirib. Turizm agentliyindən qeyd olunub ki, Türkiyə ruslar üçün ən sərfəli tətil məkanı olduğu üçün, böyük axın gözlənilir.

Artıq Türkiyədəki otellər təhlükəsizlik qaydalarına ən yüksək səviyyədə əməl edir. Bunun üçün otel işçilərinin artıq 60-90% -i vaksinasiya olunub.

Otellərdə mütəmadi laboratoriya sanitariya nəzarəti həyata keçirilir, maska ​​rejiminə ciddi əməl olunur.  Bundan başqa hava limanında və böyük otellərdə hər giriş zamanı temperatur yoxlanılır.

Qeyd edək ki, Rusiya pandemiya səbəbilə aprelin 15-dən Türkiyəyə uçuşları dayandırmışdı. 

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO