Sverdlovsk vilayətinin 19 yaşlı sakini azyaşlının qətlində ittiham olunur.
Bizim.Media xarici mediaya istinadla bildirir ki, istintaq versiyasına görə, o, hələ bir aylıq olan qızını bərkdən ağladığı üçün bərk səthin üzərinə atıb.
Körpə kəllə-beyin travması nəticəsində dünyasını dəyişib.
Bildirilir ki, hadisədən dərhal sonra şübhəli şəxs qaçmağa cəhd edib, lakin Pışminski rayon polisi onu başqa əraziyə çatan kimi dərhal avtovağzalda saxlayıb.
Qadın polis bölməsinə aparılıb, daha sonra rəsmi dindirilmək üçün İstintaq Komitəsinə təhvil verilib.
Bundan əlavə, məlum olub ki, iş üzrə təqsirləndirilən şəxs evdən çıxmazdan əvvəl ərinə vida SMS-i göndərib.
Qeyd edilir ki, gənc ana faciədən sonrakı ilk saatlarda baş verənlərdən şoka düşüb və bunun necə baş verdiyini anlaya bilməyib. (Lent.az)
Bizim.Media

- A-
- A
- A+
Dünya
00:02 / 28.06.2025
19 yaşlı gənc ana qızını çox ağladığı üçün öldürdü
Hazırda oxunan: 19 yaşlı gənc ana qızını çox ağladığı üçün öldürdü
Hazırda oxunan: 19 yaşlı gənc ana qızını çox ağladığı üçün öldürdü
257008
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.