Nərmin məhkəməlik olan evindən danışdı: "Pul ödəyərək mənzili..." – VİDEO

Nərmin məhkəməlik olan evindən danışdı: "Pul ödəyərək mənzili..." – VİDEO

Hazırda oxunan: Nərmin məhkəməlik olan evindən danışdı: "Pul ödəyərək mənzili..." – VİDEO

255309

Müğənni Nərmin Kərimbəyovanın ev problemi öz həllini tapıb.

Bizim.Media “baku.ws”ə istinadən xəbər verir ki, sənətçi ondan evini ev qarşılığında dəyişmək istəyən MTK-nı məhkəməyə verərək onu udub.

Daha sonra başqa bir tikinti şirkəti sənətçiyə pul ödəyərək mənzilini normal alqı-satqı ilə alıb.
 

Nərmin bu barədə "Günə bax" verilişinə qonaq olarkən açıqlama verib.


"Mülkiyyət hüququmuz tapdalandı. Mülkiyyətimiz var idi. Yan-yana inşa edilən 11 ev idi. Onlardan biri bizimdir. Artıq 10 ilə yaxındır ki, böyük şirkətlər burada tikinti işləri aparmaq və orada hündürmərtəbəli bina tikmək istəyirdilər. Biz razılaşma yolu ilə onlara evimizi satmaq istəyirdik. Amma bu məbləğ normal mənzil bazarındakı qiymətə uyğun olardısa... Lakin onlar bizə pul vermirdilər. Burada bina tikib evimizin əvəzində mənzil vermək istəyirdilər. Biz isə bunu istəmirik. 10 il ərzində bizi məhkəmələrə verdilər. Onlara qalib gəldik. Daha sonra başqa bir şirkət gəldi. O pul ödəyərək normal alqı-satqı ilə mənzilimizi bizdən aldı" - deyə, Nərmin qeyd edib.

Ətraflı videoda:




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO