İranın vurduğu İsrail təyyarələrinin sayı 5-ə çatdı

İranın vurduğu İsrail təyyarələrinin sayı 5-ə çatdı

Hazırda oxunan: İranın vurduğu İsrail təyyarələrinin sayı 5-ə çatdı

255307

İranın hava hücumundan müdafiə sistemləri Tehranın cənub-şərqində yerləşən Veramin şəhəri üzərində İsrailə məxsus döyüş təyyarəsini vurub.

Bizim.Media "Mehr" agentliyinə istinadən xəbər verir ki, məlumatı şəhərin icra hakimiyyətinin rəhbəri Hüseyn Abbasi də təsdiq edib.
 

"Təhlükəsizlik və hərbi rəsmilər insidentin təfərrüatını araşdırır və yaxın vaxtlarda əlavə məlumat açıqlanacaq", - deyə Hüseyn Abbasi qeyd edib.


Yayılan xəbərdən qısa müddət sonra İranın ordu rəhbərliyi vurulan döyüş təyyarəsinin "F-35" olduğunu təsdiqləyib.

"Ordunun hava hücumundan müdafiə sistemləri düşmənə məxsus "F-35" döyüş təyyarəsini Vəramin şəhərinin Cavadabad bölgəsində vuraraq məhv edib", - məlumatda qeyd olunub.

Bu, iyunun 13-də İran-İsrail eskalasiyası başlayandan bəri vurulan beşinci İsrail qırıcısıdır.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO