Okeanın dərinliklərində "sualtı möcüzələr diyarı" tapıldı – FOTO

Okeanın dərinliklərində "sualtı möcüzələr diyarı" tapıldı – FOTO

Hazırda oxunan: Okeanın dərinliklərində "sualtı möcüzələr diyarı" tapıldı – FOTO

255106

Cənubi Atlantik okeanındakı Cənubi Sandviç adaları yaxınlığında aparılan 35 günlük dəniz ekspedisiyası zamanı alimlər əvvəllər məlum olmayan rəngarəng və zəngin bir ekosistem aşkar ediblər.

Bizim.Media xəbər verir ki, bu barədə "Science Alert" məlumat yayıb.

Bildirilir ki, "sualtı möcüzələr diyarı"nda tədqiqatçılar 700 metr dərinlikdə yerləşən hidrotermal mənbələr, dörd metr hündürlüyündə "isti su bacaları", qırmızı mərcan bağları, parazitli balıqlar, nadir dəniz ilbizləri və s. müşahidə ediblər.

Ən maraqlı anlardan biri isə elmə yalnız 2 il əvvəl məlum olmuş, lakin bu günə qədər çəkilə bilməyən nadir "Akarotaxis" balığının ilk dəfə görüntülənməsi olub.

Alimlər bu kəşfi "planetin ən təcrid olunmuş və bioloji baxımdan zəngin sualtı bölgələrindən birinə baxış" adlandırıb. (oxu.az)








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO