ABŞ-da türklərə məxsus kafeyə hücum edən erməni saxlanıldı - FOTO

Hazırda oxunan: ABŞ-da türklərə məxsus kafeyə hücum edən erməni saxlanıldı - FOTO

2541

ABŞ-ın Beverli Hils şəhərində türklərə məxsus “Cafe Istanbul” restoranına hücum edən ermənilərdən biri saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Beverli Hils şəhərinin Polis Departamenti məlumat yayıb.

Federal Təhqiqat Bürosu və Los-Anceles Polis Departamentinin birgə keçirdiyi əməliyyat nəticəsində cinayətin törədilməsində şübhəli bilinən şəxslərdən biri tutulub. Həmin şəxs ötən gün səhər saatlarında Qlendeyl şəhərində aşkar edilib.


Beverli Hils Polis İdarəsinin məlumatına görə, 6-8 nəfərdən ibarət qrup hücum zamanı restoran sahiblərinə xəsarət yetirib və obyektə külli miqdarda ziyan vurub. Cinayətkarlar Azərbaycan və Türkiyə əleyhinə təhqiramiz ifadələr səsləndiriblər.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO