“102”yə əsassız zənglər etdi, həbs olundu

“102”yə əsassız zənglər etdi, həbs olundu

Hazırda oxunan: “102”yə əsassız zənglər etdi, həbs olundu

254060

Masallıda sərxoş kişi öz başına iş açıb.

Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Qızılağac kəndində yaşayan 40 yaşlı Əbdül Süleymanov (şərti ad-soyadlı) Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə dəfələrlə zəng edərək faktlara əsaslanmayan şikayətlər səsləndirib və mərkəzi lüzumsuz yerə məşğul edib.
 

Sonuncu dəfə o, sərxoş vəziyyətdə dayısı ilə mübahisə etdikdən sonra “102”yə ardıcıl zəng edib, əsassız şikayətlər bildirib.


Məsələni araşdırmaq üçün polis əməkdaşları Qızılağac kəndinə gedib. Əbdül isə polisin suallarına cavab verməkdən yayınıb, nalayiq hərəkətlər edərək tabesizlik göstərib.

Hərəkətlərinə görə onun barəsində inzibati xəta protokolu tərtib olunub və hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Masallı Rayon Məhkəməsinin qərarı ilə Ə. Süleymanov xırda xuliqanlıqda təqsirli bilinərək inzibati qaydada 10 sutka həbs edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO