HƏMAS-ın qətlə yetirdiyi tatuaj ustasının meyiti tapıldı

HƏMAS-ın qətlə yetirdiyi tatuaj ustasının meyiti tapıldı

Hazırda oxunan: HƏMAS-ın qətlə yetirdiyi tatuaj ustasının meyiti tapıldı

253903

2023-cü ilin oktyabrın 7-də İsrailə hücum edən silahlı HƏMAS üzvlərinin girov götürərək öldürdüyü 23 yaşlı tatuaj ustası, xanım Şani Loukun Qəzza bölgəsində cəsədi tapılıb. 


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı məlumatı İsrail ordusunun sözcüsü Daniel Hagari açıqlayıb. 


Hagarinin sözlərinə görə, Qəzza zolağında 3 İsrail vətəndaşının meyiti tapılıb. Meyitlərdən biri tatuaj ustasına aiddir. 


Xatırladaq ki, Şani Louk İsraillə bərabər Almaniya vətəndaşı da olub. O, İsraildə keçirilən Nova musiqi festivalında iştirak edən zaman HƏMAS silahlıları tərəfindən girov götürülüb.Loukun girov götürülməsindən sonra işgəncə verilərək öldürüldüyü güman edilir. Onun cansız bədənini HƏMAS silahlıları yük maşınının arxasına qoyaraq şəhərdə nümayiş etdiriblər.Bu kadrlar yayıldıqdan sonra beynəlxalq ictimaiyyətdə ciddi narazılıq və qəzəb yaradıb.


Vasif

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO