Tez yerimək faydalı imiş - Alimlərdən KƏŞF

Tez yerimək faydalı imiş - Alimlərdən KƏŞF

Hazırda oxunan: Tez yerimək faydalı imiş - Alimlərdən KƏŞF

253896

ABŞ və Çində aparılan elmi araşdırmalar göstərir ki, sürətli yeriyən insanlar koqnitiv qabiliyyətlərdə yavaş yeriyənlərə nisbətən daha üstün ola bilər.

Bizim.Media xəbər verir ki, “JAMA Network” də dərc olunan araşdırmada 45 yaşlarında olan 900-dən çox insanın həm yürüş sürəti, həm də beyin funksiyaları təhlil edilib. Məlum olub ki, yavaş yeriyənlərin beyin həcmi daha az, əzələ gücü və balansı zəif, IQ səviyyəsi isə orta hesabla 16 bal aşağıdır.

Bundan başqa, Çində 60 yaşdan yuxarı 3 954 nəfər arasında aparılan digər bir araşdırma da maraqlı nəticələr verib. Orta sürətdən daha yavaş yeriyən insanların yaddaş testlərində daha zəif nəticə göstərdiyi, ümumi idrak qabiliyyətlərində isə geriləmə müşahidə edildiyi bildirilib.

Alimlər hesab edirlər ki, bədənin fiziki çevikliyi ilə beynin funksional fəaliyyəti arasında güclü əlaqə var. Yəni insan nə qədər aktiv və çevikdirsə, onun beyni də bir o qədər “gümrah” işləyir.

Qeyd edək ki, bu nəticələr sadəcə müşahidəyə əsaslanan statistik göstəricilərdir və səbəb-nəticə əlaqəsi tam olaraq sübut edilməyib. Buna baxmayaraq, gündəlik həyatınızda daha çox yerimək və aktiv olmaq təkcə fiziki deyil, həm də zehni sağlamlığınıza faydalı ola bilər. (sfera.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO