Süni İntellekt Mərkəzi yaradılır

Süni İntellekt Mərkəzi yaradılır

Hazırda oxunan: Süni İntellekt Mərkəzi yaradılır

253833

Rusiya hökuməti texnologiyanın ölkədə tətbiqini sistemləşdirmək üçün Süni İntellektin (Sİ) İnkişaf Mərkəzinin yaradılması barədə qərar qəbul edib.

Bizim.Media xəbər verir ki, bunu Rusiya Federasiyası Baş nazirinin müavini və Nazirlər Kabineti aparatının rəhbəri Dmitri Qriqorenko bəyan edib.

Onun sözlərinə görə, Mərkəz standart həlləri seçib yayacaq, dövlət orqanlarının, regionların və biznes qurumlarının işini əlaqələndirəcək.

Mərkəzin koordinatoru təyin edilən Qriqorenko qeyd edib:

"Bizim vəzifəmiz süni intellektin tətbiqinin nəticələrinin bütün ruslar üçün əlçatan olmasını və müasir texnologiyaların inkişafı vasitəsilə ölkəmizin dünya bazarlarında rəqabət qabiliyyətini artırmasını təmin etməkdir".

Mərkəzin Rusiyada süni intellekt sahəsində qabaqcıl təcrübələri yayması gözlənilir.

Qurum süni intellekt təhlükəsizliyinin tənzimlənməsi və beynəlxalq əməkdaşlığın təşkili üçün normativ hüquqi aktlar da hazırlayacaq. (Publika.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO