Astarada BƏDBƏXT HADİSƏ: Ata və azyaşlı oğlunu avtomobil vurdu - FOTO

Astarada BƏDBƏXT HADİSƏ: Ata və azyaşlı oğlunu avtomobil vurdu - FOTO

Hazırda oxunan: Astarada BƏDBƏXT HADİSƏ: Ata və azyaşlı oğlunu avtomobil vurdu - FOTO

253658

Astaranın Kijəbə kənd ərazisində hərəkətdə olan avtomobil 1986-cı il təvəllüdlü, Astara rayonunun Ərçivan qəsəbə sakini Rəhim Rza oğlu Fərruxovu və onun 2022-ci il təvəllüdlü azyaşlı oğlu Z.F-ni vurub.

Bizim.Media xəbər verir ki, yaralılar dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinə çatdırılıblar. Azyaşlının vəziyyəti ağır qiymətləndirilir və o, reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin ilkin diaqnozuna əsasən, uşağa qapalı kəllə-beyin travması, koma və başın açıq yarası diaqnozu qoyulub. Atanın isə burun nahiyəsində kəsilmiş yara müəyyən edilib.

Hazırda azyaşlının vəziyyəti kritik olaraq qalır. Faktla bağlı araşdırma aparılır.


Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO