“O komanda ki topa nəzarət etmir, qələbədən söhbət gedə bilməz”

“O komanda ki topa nəzarət etmir, qələbədən söhbət gedə bilməz”

Hazırda oxunan: “O komanda ki topa nəzarət etmir, qələbədən söhbət gedə bilməz”

253585

"Düşünürəm ki, komanda oyuna yaxşı köklənmişdi. İlk 15-20 dəqiqədə bir az problemlərimiz var idi. Xüsusən də topa nəzarət baxımından. Demək olar ki, yalnız bir istiqamətdə hücum qurmağa çalışırdıq. Daha sonra komanda topa nəzarət etməyə başladı".

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Litva ilə keçirilən yoldaşlıq görüşündə 0:0 hesablı heç-heçə etdikləri oyundan sonra deyib.

O, görüşdən sonra təşkil olunan mətbuat konfransında bildirib: "İkinci hissədə topa nəzarət bizdə idi. Rəqibin qapısında təhlükə yarada bilirdik. Rəqib isə qapımızın qarşısında təhlükə yarada bilmədi. Latviya millisi də hücum qurmağa çalışırdı. Ümumi götürəndə komandam yaxşı çıxış etdi. Çatışmayan yeganə şey qol epizodlarını dəyərləndirə bilməmək idi. Məşqlərdə qapıya zərbələri çox çalışırıq. Bu gün uzaqdan zərbələr çatışmadı. Hər oyunçu topla qapıya girmək istəyirdi".

Mütəxəssis qeyd edib ki, topa nəzarət olmasa, qələbə də ola bilməz: "Əlbəttə ki, qələbə qazanmağa gəlmişdik. Amma o komanda ki, topa nəzarət etmir, heç vaxt qələbə qazana bilməz. Təhlükəli epizodlar yaratdıq. Qapıya zərbə vurmuruq".

F.Santuş futbolçusu Mahir Emrelinin dəyərləndirə bilmədiyi epizodlardan da söz açıb: "Bu da futbolun bir hissəsidir. Belə hallar olur. Mahir bundan öncəki çətin epizodları qola çevirə bilirdi, lakin bu gün alınmadı. Nəriman Axundzadənin də epizodları var idi. Oyunu ümumi təhlil etsək, komanda pis çıxış etmədi. Bəzi məqamlar var ki, daha yaxşı etməliyik".

O, oyunçusu Elvin Bədəlovun da durumundan danışıb: "Ayağında problem var. Həkimlər baxandan sonra dəqiq məlumat verəcəklər".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO