Monteneqronun Ulçin şəhərində ötən Azərbaycan vətəndaşı bıçaq xəsarəti alıb.
Bizim.Media xəbər verir ki, yerli polis idarəsinin verdiyi məlumata görə, 34 yaşlı A.M. və 39 yaşlı C.A. şəhər bələdiyyəsinin ərazisində yerləşən evlərdən birində soyuq silahla hücuma məruz qalıblar.
Polis əməkdaşları hadisə barədə məlumat aldıqdan dərhal sonra hadisə yerinə gələrək zəruri operativ tədbirlər görüblər.
“Azərbaycan vətəndaşları A.M. (34 yaş) və C.A. (39 yaş) hələlik şəxsiyyəti müəyyən olunmamış şəxslər tərəfindən edilən hücum nəticəsində bıçaq xəsarətləri alıblar. Cinayəti törətdikdən sonra hücum edənlər hadisə yerindən qaçıblar. Yaralılar tibbi yardım göstərilməsi üçün Bar şəhər xəstəxanasına yerləşdiriliblər,” – deyə polis idarəsinin bəyanatında qeyd olunub.
Hadisə barədə Podqoritsadakı Ali Dövlət Prokurorluğunun prokuroru da məlumatlandırılıb.
‘Cənub’ Regional Təhlükəsizlik Mərkəzinin və Ulçin şəhər təhlükəsizlik idarəsinin əməkdaşları hadisənin bütün təfərrüatlarını araşdırmaq, həmçinin bu cinayəti törətmiş şəxslərin şəxsiyyətini, yerini müəyyənləşdirmək və onları saxlayaraq məsuliyyətə cəlb etmək üçün təcili tədbirlər görürlər” – deyə idarədən əlavə edilib.
Yaralılar təcili tibbi yardım göstərilməsi üçün yerli xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyəti və Monteneqroda qalma məqsədləri barədə məlumat hələlik açıqlanmır.
Qeyd edək ki, Monteneqro bir sıra transmillİ cinayətkar qruplaşmaların fəaliyyət göstərdiyi Balkan ölkələri sırasındadır.
Bizim.Media

- A-
- A
- A+
Dünya
16:52 / 07.06.2025
Monteneqroda iki Azərbaycan vətəndaşı BIÇAQLANDI
Hazırda oxunan: Monteneqroda iki Azərbaycan vətəndaşı BIÇAQLANDI
Hazırda oxunan: Monteneqroda iki Azərbaycan vətəndaşı BIÇAQLANDI
253547
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.