Ukrayna Prezidenti Volodimir Zelenski 15–17 iyun tarixlərində Kanadada keçiriləcək G7 sammiti çərçivəsində ABŞ Prezidenti Donald Trampla görüşməyi planlaşdırır.
Bizim.Media xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermaka istinadla məlumat yayıb.
Yermak bildirib ki, o, Vaşinqtona edilən son səfər zamanı nümayəndə heyətinə rəhbərlik edib və bu səfər Zelenski ilə Tramp arasında mümkün görüşün təşkili məqsədi daşıyıb.
"Bizim səfərimizin əsas məqsədlərindən biri Zelenski ilə Trampın Kanadada G7 sammiti çərçivəsində görüşünə hazırlıq idi", – deyə Yermak qeyd edib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
22:02 / 06.06.2025
Zelenski Trampla görüşmək niyyətindədir
Hazırda oxunan: Zelenski Trampla görüşmək niyyətindədir
Hazırda oxunan: Zelenski Trampla görüşmək niyyətindədir
253440
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.