Tovuzda qardaşın balta ilə xəsarət yetirdiyi bacının SON DURUMU

Tovuzda qardaşın balta ilə xəsarət yetirdiyi bacının SON DURUMU

Hazırda oxunan: Tovuzda qardaşın balta ilə xəsarət yetirdiyi bacının SON DURUMU

253423

Tovuzda ruhi xəstənin xəsarət yetirdiyi anası və bacısının vəziyyəti haqqında rəsmi açıqlama verilib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə 06.06.2025-ci il tarixində saat

15:45 radələrində 1 nəfər (qadın cinsli) Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
 

“Ağır açıq kəllə-beyin travması, beyin boşluğunun mayesinin axması, travmatik şok diaqnozu təyin olunan şəxsə zəruri tibbi xidmət göstərilib. Xəstənin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.


Hazırda vəziyyəti ağır olaraq qiymətləndirilir", - deyə məlumatda bildirilir.

Vəziyyəti ağır olan 1 nəfərin isə (qadın cinsli) xəstəxanaya daxil olan kimi ölüm faktı qeydə alınıb.

Qeyd edək ki, Tovuz şəhərində ruhi-əsəb xəstəsi, 31 yaşlı Kainat Namazov bacısı 25 yaşlı A. Namazovaya və anası 55 yaşlı Sevinc Həsənovaya müxtəlif dərəcəli bədən xəsarətləri yetirib və daha sonra yaşadıqları evi yandırıb.

Xəstəxanaya yerləşdirilən S.Həsənova xəstəxanada ölüb.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO