Bu heyvan kənd təsərrüfatını MƏHV EDİR

Bu heyvan kənd təsərrüfatını MƏHV EDİR

Hazırda oxunan: Bu heyvan kənd təsərrüfatını MƏHV EDİR

253397

Son otuz ildə İspaniyada baş verən ekoloji və coğrafi dəyişikliklər dovşanların kolluqlardan əkin sahələrinə köçməsinə səbəb olub.

Bizim.Media “milli.az”a istinadən xəbər verir ki, bu vəziyyət ən çox fermerlərə ziyan vurur, dovşanlar hər il təxminən 800 min hektar əkin sahəsini sıradan çıxarır.

Onların qarınqululuğu demək olar ki, bütün kənd təsərrüfatı bitkilərinə, meyvə bağlarına və hətta ağaclara da zərər verir. Qabığını gəmirərək ağacları məhv edirlər.
 

Alimlərin araşdırmalarına görə, 1990-cı illərdən bəri kənd əhalisinin azalması və meşə örtüyünün genişlənməsi iri yırtıcıların məsələn, tülkü və şahinlərin sayının artmasına səbəb olub.


Nəticədə dovşanlar təhlükədən qaçaraq meşələri tərk edib, açıq kənd təsərrüfatı ərazilərinə sığınmağa başlayıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO