Bıçaqladığı sevgilisini evdə müalicə etmək istədi – Bakıda OLAY

Bıçaqladığı sevgilisini evdə müalicə etmək istədi – Bakıda OLAY

Hazırda oxunan: Bıçaqladığı sevgilisini evdə müalicə etmək istədi – Bakıda OLAY

253168

Bakıda sevgilisini bıçaqlayan kişi tutulub.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, hadisə iyunun 2-də saat 21 radələrində qeydə alınıb.

1993-cü il təvəllüdlü R.Səfərov Nizami rayonunda kirayə yaşadıqları evdə sevgilisi M.Abbaszadəyə bıçaqla xəsarət yetirib.

Döş qəfəsindən daxilə nüfuz edən ağır xəsarət alan qadın R.Səfərovun istəyi ilə həkimə müraciət etməyib. Birgə razılığa əsasən, həkimə müraciət etmədən kişi M.Abbaszadəyə mənzildə tibbi yardım göstərib.
 

Amma qadın vəziyyətinin ağırlaşması səbəbindən iyunun 3-də Sabunçu Tibb Mərkəzinə müraciət edib.


Faktın üzə çıxması ilə Nizami RPİ-də cinayət işi başlanıb.

R.Səfərov şübhəli şəxs qismində tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO