Magistralda maşını sərxoş halda sürdü – HƏBS EDİLDİ

Magistralda maşını sərxoş halda sürdü – HƏBS EDİLDİ

Hazırda oxunan: Magistralda maşını sərxoş halda sürdü – HƏBS EDİLDİ

252627

Ələt-Astara magistralında sərxoş halda avtomobil idarə edən və polisin qanuni tələbinə qəsdən tabe olmayan şəxs həbs edilib.

Bizim.Media xəbər verir ki, hadisə magistralın Masallı rayonundan keçən hissəsində - Sərçuvar kəndi ərazisində yerləşən BDYPİ-in stasionar postunda qeydə alınıb.

Belə ki, Lənkəran rayon sakini 26 yaşlı Elnur Abbaszadənin idarə etdiyi “Chevrolet” markalı avtomobil yol polisi tərəfindən postda saxlanılıb.

Araşdırma zamanı sürücünün nəqliyyat vasitəsini etibarnaməsiz idarə etdiyi, həmçinin sərxoş halda olduğu müəyyənləşib və nəqliyyat vasitəsi duracağa yerləşdirilib. Bu zaman sürücü E.Abbaszadə polis əməkdaşlarının qanuni tələbinə tabesizlik göstərib.
 

Buna görə də, onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və məhkəməyə göndərilib.


Məhkəmənin qərarı ilə E.Abbaszadə 25 sutka inzibati qaydada həbs edilib. (Qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO