Ukraynanın hücumlarına Moskvadan SƏRT REAKSİYA – Kreml qorxunc zərbəyə HAZIRLAŞIR – VİDEO

Ukraynanın hücumlarına Moskvadan SƏRT REAKSİYA – Kreml qorxunc zərbəyə HAZIRLAŞIR – VİDEO

Hazırda oxunan: Ukraynanın hücumlarına Moskvadan SƏRT REAKSİYA – Kreml qorxunc zərbəyə HAZIRLAŞIR – VİDEO

252601

“Tamamilə aydındır ki, Rusiya Federasiyasının İstanbul danışıqlarındakı mövqeyi dəyişməyəcək. Bu gün, Kiyev rejiminin “terror aktı”ndan sonra baş tutan görüş də Rusiya Federasiyasının mövqeyini dəyişməyəcək. Əksinə, mən düşünürəm ki, bu mövqe daha da güclənəcək”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında rusiyalı politoloq, Cənubi Qafqaz Ölkələrinin Strateji Araşdırmalar Mərkəzinin direktoru Yevgeni Mixaylov deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Dünyanın diqqəti İSTANBULDA - Tarixi dialoqun ikinci raundu KEÇİRİLƏCƏK - VİDEO


İstanbul danışıqlarını, Kiyevin Rusiyanın 40 təyyarəsini məhv etməsini təhlil edən Mixaylov, Moskvanın Ukraynanın NATO üzvü olmasına qarşı tələblərindən vazkeçməyəcəyini bildirib.

“Bizim Ukraynanın NATO-ya daxil olmaması ilə bağlı tələblərimiz dəyişməz qalır. Bundan əlavə, Ukrayna öz “faşistləri” ilə, hərbiləşmə ilə tam şəkildə hesablaşmalıdır. Yəni bizim söylədiyimiz hər şey dəyişməz olaraq qalacaq”.

Politoloq əlavə edib ki, Ukraynanın 1 iyun hücumundan sonra danışıqların hansı məcrada olmasından asılı olmayaraq, Rusiya tərəfi cavab tədbirləri görəcək.

“Əslində, Zelenski prezident olacaq ya olmayacaq — bu bizim üçün vacib deyil. Bizə sadəcə Ukrayna adından sülh müqaviləsi imzalaya biləcək legitim bir prezident lazımdır. Ümumiyyətlə, belə bir müqavilənin imzalanması da sual altındadır.


Mən hesab edirəm ki, 1 iyun tarixində Rusiya hərbi obyektlərinə qarşı törədilmiş terror aktından sonra biz danışıqlar prosesindən asılı olmayaraq cavab zərbəsi endirəcəyik”, - deyə Y. Mixaylov əlavə edib.


Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO