“Bank kartları ilə əlaqəli naməlum zənglərə və mesajlara cavab verməyin!” – DİN-dən ÇAĞIRIŞ

“Bank kartları ilə əlaqəli naməlum zənglərə və mesajlara cavab verməyin!” – DİN-dən ÇAĞIRIŞ

Hazırda oxunan: “Bank kartları ilə əlaqəli naməlum zənglərə və mesajlara cavab verməyin!” – DİN-dən ÇAĞIRIŞ

252569

Mayın 31-də və iyunun 1-də DİN-ə daxil olan müraciətlər əsasında ayrı-ayrı vətəndaşların bank hesablarından 1351, 1323, 1000, 900, 500, 450 və 55 manat məbləğində vəsaitin dələduzluq yolu ilə oğurlandığı müəyyən edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

"Daxili İşlər Nazirliyi vətəndaşları naməlum nömrələrdən gələn zənglərə və mesajlara qarşı ehtiyatlı olmağa çağırır.
 

Zərərçəkmiş şəxslər naməlum şəxslərə bank kartının nömrəsi, kartın istifadə müddəti, CVV/CVC kodu (kartın arxa hissəsində yerləşən 3 rəqəmli təhlükəsizlik kodu), mobil nömrəyə SMS vasitəsilə göndərilən birdəfəlik OTP kodlarını veriblər.


Bir daha xatırladırıq ki, bank kartları ilə əlaqəli naməlum zənglərə və mesajlara cavab verməyin, danışıq və yazışma aparmayın – dərhal blok edin", məlumatda deyilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO