Rusiya ordusu səhər saatlarında Zaporojyeni dronlarla vurdu - VİDEO

Rusiya ordusu səhər saatlarında Zaporojyeni dronlarla vurdu - VİDEO

Hazırda oxunan: Rusiya ordusu səhər saatlarında Zaporojyeni dronlarla vurdu - VİDEO

252404

Bu gün səhər Rusiya silahlı qüvvələri Ukraynanın Zaporojye vilayətini ən azı yeddi "Şahed” dronu ilə hücuma məruz qoyub.

Bizim Media xəbər verir ki, bu barədə Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fedorov məlumat verib.

"Zaporojyedə kritik infrastruktur obyektinə hücum ediblər. Nəticədə inzibati bina qismən dağılıb və ərazidə yanğın baş verib", - deyə Fedorov bildirib.

Şəxsi evlər və mülki əhali zərər görüb. 

Onun sözlərinə görə, Rusiya tərəfi həmçinin şəxsi evlərin yerləşdiyi ərazilərə zərbələr endiriblər. Bir ev dağıdılıb və hadisə yerində yanğın baş verib. Nəticədə bir qadın xəsarət alıb.

Fedorov ümumilikdə Poloji rayonu və Zaporojyedə hadisə nəticəsində dörd nəfərin yaralandığını bildirib.

 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO