Yeni mövsümə daha iddialı heyətlə başlamaq istəyən “Turan Tovuz” bəzi futbolçularla yollarını ayıracaq.
Bizim.Media xəbər verir ki, Sadiq Quliyev, Eltun Turabov, Tural Bayramlı, Kauan Martins, Anton Kraçkovski və Veysəl Rzayevə özünə yeni klub axtarması tövsiyə edilib.
Xəyal Nəcəfov isə keçmiş klubu “Sumqayıt”dan sərfəli təklif alıb. Qərblilər rusiyalı qapıçılar İvan Konovalov və Sergey Samokdan ən azı birini yola salacaq. Tovuzlular aparıcı oyunçularını heyətdə saxlamaq üçün də cəhd göstərir. Onlardan biri olan Alexandro Serranonun məsələsi hələ açıq qalır. İspan yarımmüdafiəçi yeni təkliflə razılaşmır.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:58 / 31.05.2025
Bu futbolçular “Turan Tovuz”dan gedəcək
Hazırda oxunan: Bu futbolçular “Turan Tovuz”dan gedəcək
Hazırda oxunan: Bu futbolçular “Turan Tovuz”dan gedəcək
252317
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.