Rusiyada dəhşətli QƏZA: Üç azərbaycanlı gənc həlak oldu – FOTO/VİDEO

Rusiyada dəhşətli QƏZA: Üç azərbaycanlı gənc həlak oldu – FOTO/VİDEO

Hazırda oxunan: Rusiyada dəhşətli QƏZA: Üç azərbaycanlı gənc həlak oldu – FOTO/VİDEO

252296

Rusiyada azərbaycanlıların olduğu avtomobil qəzaya düşüb.

Bizim.Media “oxu.az”a istinadən xəbər veri ki, hadisə mayın 30-da Rusiya Federasiyasının Şimali Osetiya ərazisində baş verib. "LADA Priora" və VAZ-2107 markalı avtomobillər toqquşub. Hadisə nəticəsində 5 nəfər dünyasını dəyişib.
 

Həlak olanlardan 3 nəfər Azərbaycan vətəndaşıdır. Dünyasını dəyişən azərbaycanlılardan ikisi Qazax, 1 nəfər isə Ağstafa rayon sakinidir.


Qazax rayonunun Daş Salahlı kənd sakinləri - 2005-ci il təvəllüdlü Köçər Hüseynov və 1993-cü il təvəllüdlü Pərvin Yusifov bir neçə ay öncə Rusiyaya işləmək üçün gediblərmiş.

Qəzada ölən digər azərbaycanlı - Ağstafa rayon sakininin isə şəxsiyyəti dəqiqləşdirilir.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO