Röya Ayxanın "Ağlama"sı TREND OLDU

Röya Ayxanın "Ağlama"sı TREND OLDU

Hazırda oxunan: Röya Ayxanın "Ağlama"sı TREND OLDU

252110

Xalq artisti Röya Ayxanın ifasında səslənən "Ağlama" mahnısı növbəti dəfə böyük uğura imza atıb. "Səs Azərbaycan" layihəsinin möhtəşəm final gecəsində Cəmilə Həşimova ilə duet şəklində təqdim olunan bu emosional ifa dinləyicilərin güclü reaksiyasına səbəb olub.

Bizim.Media xəbər verir ki,  qısa zaman ərzində yutub Azərbaycan trendlərinə daxil olan mahnı sosial şəbəkələrdə viral olub. 
 

Onlarla məşhur sima və influencer öz səhifələrində "Ağlama"ya dəstək paylaşımı edib, dinləyicilər isə bu dueti "ilin ən təsirli ifası" adlandırıblar.


Uğur bununla bitmir – "Ağlama" Apple Music Azerbaijan platformasında 1-ci pilləyə yüksəlib. Bu, Röyanın sənət yolunda daha bir möhtəşəm uğur olaraq tarixə düşüb.

Hazırda Apple Music Top 100 siyahısında tam 11 mahnısı ilə təmsil olunur - bu da onu siyahıda ən çox mahnısı olan müğənniyə çevirir.

"Ağlama" hazırda birinci sıradadır, "Bahar" isə üçüncü pillədə qərarlaşıb. (Baku.ws)



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO