“Sabah” Berezutskini istefaya GÖNDƏRƏ BİLƏR

“Sabah” Berezutskini istefaya GÖNDƏRƏ BİLƏR

Hazırda oxunan: “Sabah” Berezutskini istefaya GÖNDƏRƏ BİLƏR

251983

“Sabah” növbəti dəfə baş məşqçisini dəyişə bilər.

Bizim.Media Ukrayna mətbuatına istinadən xəbər verir ki, Bakı klubu hazırkı çalışdırıcısı Vasili Berezutskidən məmnun deyil.

Bu səbəbdən onunla yolların ayrılması klub daxilində müzakirə olunur.

Xəbərdə paytaxt təmsilçisinin yeni baş məşqçisini müəyyənləşdirdiyi də yazılıb. İddiaya görə, “Sabah”ı yeni mövsümdən ukraynalı Ruslan Rotan çalışdıra bilər. Ölkəsində “Aleksandriya”ya rəhbərlik edən 43 yaşlı mütəxəssis bununla bağlı Bakıya dəvət edilib.

Qeyd edək ki, “Sabah” Azərbaycan Premyer Liqasında mövsümü 5-ci pillədə başa vurub. Komanda mayın 31-də Azərbaycan kubokunun finalında “Qarabağ”la qarşılaşacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO