Ərdoğan: “1918-ci ildə alovlanan azadlıq məşəli Azərbaycanın yoluna işıq saçır”

Ərdoğan: “1918-ci ildə alovlanan azadlıq məşəli Azərbaycanın yoluna işıq saçır”

Hazırda oxunan: Ərdoğan: “1918-ci ildə alovlanan azadlıq məşəli Azərbaycanın yoluna işıq saçır”

251828

“Azərbaycanın nailiyyətləri ümumi qürur mənbəyidir. Qardaşım İlham Əliyevin töhfəsi sayəsində Türkiyə-Azərbaycan əməkdaşlığı gündən-günə güclənir və təkcə region deyil, bütün dünya üçün əməkdaşlıq nümunəsinə çevrilir”.

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Laçın şəhərində 28 May - Müstəqillik Gününə həsr olunmuş konsertdən əvvəl çıxışında deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Liderlərin üçtərəfli Zirvə görüşləri mütəmadi olaraq KEÇİRİLƏCƏK


Ərdoğan keçmişdən dərs almağa və regionda davamlı sülh, etimad və mehriban qonşuluq istiqamətində addımlar atmağa çağırıb.

"İnanırıq ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev regionda sülhün memarı kimi öz adını tarixə yazacaq", -deyə Türkiyə lideri bildirib.

Onun sözlərinə görə, Türkiyə qardaş Azərbaycanla əlaqələri daha da gücləndirməkdə qərarlıdır. “Biz həm kədərdə, həm də sevincdə Azərbaycan xalqının yanında olacağıq”, - deyən Türkiyə lideri Azərbaycan və Türkiyənin qardaşlığının əbədi olaraq davam edəcəyinə ümidvar olduğunu bildirib. O, qeyd edib ki, 1918-ci ildə Azərbaycanda yaradılmış Cümhuriyyət azadlıq və müstəqillik arzusunun təzahürü olduğu kimi, Qarabağdakı Qələbə də müasir Azərbaycanın güclənməsinə və çiçəklənməsinə töhfə verir.

Prezident Rəcəb Tayyib Ərdoğan deyib:

"1918-ci ildə alovlanan azadlıq məşəli bu gün Azərbaycanın yolunu daha da işıqlandırır. Azad edilmiş Qarabağda səslənən hər not Azərbaycan xalqının dirçəlişinin səsidir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO