Ahıl yaşlı kişini döyən şəxsə elektron qolbaq taxıldı

Ahıl yaşlı kişini döyən şəxsə elektron qolbaq taxıldı

Hazırda oxunan: Ahıl yaşlı kişini döyən şəxsə elektron qolbaq taxıldı

251299

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Rafiq Qaraşovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Bizim.Media xəbər verir ki, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona 2 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.

İttiham aktına əsasən, hadisə 08 avqust 2024-cü il tarixdə, saat 15 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, Duz gölünün kənarında qeydə alınıb.

Belə ki, Rafiq Qaraşov ailə üzvləri ilə birlikdə idarə etdiyi “Toyoto Prius” markalı avtomobili ilə hərəkətdə olarkən “VAZ-2105” markalı maşının  sürücüsü, zərərçəkmiş Dilqəm Hüseynli (ad, soyadı şərtidir) qəza şəraiti yaradıb. Buna görə o, ailə üzvlərinin qorxmasını bəhanə edib zərərçəkmiş şəxsin avtomobilini saxlatdırıb.

Sonra Rafiq yerə düşərək həmin yolun kənarında Dilqəmlə mübahisə edib. Bu zamanı o, xuliqanlıq niyyəti ilə özündən fiziki cəhətdən zəif və ahıl yaşlı zərərçəkmiş şəxsin sifət nahiyəsindən qəsdən yumruqla bir neçə dəfə vuraraq, onun sağlamlığına az ağır zərər yetirib.

Hadisədən sonra Rafiq Qaraşov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. (Pravda.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO