Ərdoğan Şahbaz Şəriflə GÖRÜŞDÜ

Ərdoğan Şahbaz Şəriflə GÖRÜŞDÜ

Hazırda oxunan: Ərdoğan Şahbaz Şəriflə GÖRÜŞDÜ

251252

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dolmabaxşa Sarayında Pakistan Baş naziri Şahbaz Şərifi qəbul edib.

Bizim.Media xəbər verir ki, bu barədə “CNN Türk” məlumat yayıb.

Qapalı keçirilən görüşdə Türkiyə ilə Pakistan arasında ikitərəfli münasibətlərin müxtəlif aspektlərinin qiymətləndiriləcəyi gözlənilir.

Məlumata görə, həmçinin regional məsələlər, o cümlədən terrorla mübarizə və beynəlxalq məsələlərin müzakirə ediləcək.

Bundan başqa, iki ölkə arasında yaradılmış və sonuncu iclası ötən ilin fevralında Prezident Ərdoğanın iştirakı ilə İslamabadda keçirilmiş Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində həyata keçirilən əməkdaşlıq prosesləri nəzərdən keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO