Naxçıvana gedənlərə ŞAD XƏBƏR: Yenilik var

Naxçıvana gedənlərə ŞAD XƏBƏR: Yenilik var

Hazırda oxunan: Naxçıvana gedənlərə ŞAD XƏBƏR: Yenilik var

251158

Azərbaycanda rəqəmsal hökumət sisteminin inkişafı gündəlik həyatda özünü daha çox göstərməyə başlayıb. Bu yeniliklərin tətbiqini birbaşa Naxçıvan səfəri zamanı müşahidə etmək mümkün olub.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun rəhbəri, Multimedia Mərkəzinin direktoru Osman Gündüz danışıb:
 

"myGov platformasında qeydiyyatda olan şəxsi məlumatların rəqəmsal sənəd kimi istifadəsi həm Heydər Əliyev adına Beynəlxalq Hava Limanında, həm də Naxçıvan Hava Limanında uğurla təsdiqlənib. Fiziki şəxsiyyət vəsiqəsi təqdim etmədən, yalnız telefon vasitəsilə myGov tətbiqində olan məlumatların göstərilməsi kifayət edib və AZAL-ın yoxlamalarından keçmək mümkün olub. Bu rəqəmsal məlumatlar rəsmi sənəd kimi qəbul edilib.


Eyni rəqəmsal sənəd tətbiqi Naxçıvan Palace otelində də uğurla istifadə olunub.

Lakin, diqqət çəkən məqam isə budur ki, hər iki hava limanında məlumatların planşetlə şəkli çəkilib. Mütəxəssislər bildirirlər ki, bu yoxlama prosesi rəsmi olaraq myGov Checker tətbiqi vasitəsilə daha təhlükəsiz və sürətli şəkildə həyata keçirilə bilər. Ümid edilir ki, İRİA (İnformasiya və Rəqəmsal İnkişaf Agentliyi) bu məsələni yaxın zamanda nəzərə alacaq".

Bu təcrübə göstərir ki, fiziki şəxsiyyət vəsiqəsinə ehtiyac olmadan, tamamilə rəqəmsal sənədlərlə səfər etmək artıq reallıqdır və rəqəmsal hökumətin effektivliyini ortaya qoyur. (milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO