Cənubi Koreyanın sabiq dövlət başçısı Yon Sok Yolun impiçment yolu ilə vəzifədən uzaqlaşdırılmasından sonra iyunun 3-nə təyin olunmuş prezident seçkiləri ilə əlaqədar erkən səsvermə prosesi başlayıb.
Bizim.Media Cənubi Koreya mediasına istinadın xəbər verir ki, ilkin səsvermədə ölkə hüdudlarından kənarda yaşayanlar üçün təşkil olunur. Xaricdəki koreyalılar ölkələrinin diplomatik nümayəndəliklərində səs verirlər.
Qaydalara görə, 6 gün davam edəcək erkən səsvermədə iştirak üçün 258 min seçici qeydiyyata alınıb. Erkən səsvermə üçün 118 ölkədə 223 səsvermə məntəqəsi yaradılıb. Ən çox seçici Çin-də, Yaponiyada və ABŞ-da qeydiyyata alınıb.
Qeyd edək ki, Cənubi Koreyada prezident seçkiləri ilə əlaqədar 7 nəfərin namizədliyini qeydə alıb. Onlar arasında əsas müxalif qüvvə olan Demokratiya Partiyasının namizədi Li Ce Myun və hakim Xalqın Gücü Partiyasının namizədi Kim Mun Su daha şanslı hesab olunur.
Ekspertlər prezident vəzifəsi uğrunda mübarizənin məhz bu iki namizəd arasında gedəcəyini düşünürlər.
Bizim.Media

- A-
- A
- A+
Dünya
15:07 / 22.05.2025
Cənubi Koreyada prezident seçkiləri: Erkən səsvermə başladı
Hazırda oxunan: Cənubi Koreyada prezident seçkiləri: Erkən səsvermə başladı
Hazırda oxunan: Cənubi Koreyada prezident seçkiləri: Erkən səsvermə başladı
250728
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.