"Roma" onu əsas namizəd kimi GÖRÜR

"Roma" onu əsas namizəd kimi GÖRÜR

Hazırda oxunan: "Roma" onu əsas namizəd kimi GÖRÜR

250620

"Roma" hazırkı mövsümün sonunda komandadan ayrılacaq Klaudio Ranyerinin yerinə yeni baş məşqçi axtarışını şəkildə davam etdirir.

Bizim.Media "Relevo" nəşrinə istinadən xəbər verir ki, əsas namizədlərdən biri "Nottingem"in çalışdırıcısı Nunu Eşpiritu Santudur.
 

İtaliya klubu artıq portuqaliyalı mütəxəssislə əlaqə yaradıb və ona iki illik müqavilə təklif edib. Bundan əlavə, romalılar Nunuya iddialı bir layihə vəd edir – bu layihə çərçivəsində komanda İtaliya futbolunun ən yüksək zirvələri uğrunda mübarizə apara biləcək.


Qeyd edək ki, mövsümün sonuna bir tur qalmış "Nottingem Forest" İngiltərə Premyer Liqasında 65 xalla 7-ci yerdə qərarlaşıb. Roma təmsilçisi isə İtaliya A Seriyasında 66 xalla 5-cidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO