Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib və hər kəs Azərbaycanın ərazi bütövlüyünə hörmət etməlidir.
Bizim.Media-nın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalya Diplomatiya Forumu ilə bağlı keçirilən brifinqdə deyib.
MÖVZU İLƏ BAĞLI:
“Qonşu ölkələrin rəhbərlərinin səfərini şərh etmək Ermənistanın həddi deyil” - Rəsmi Bakı
Çavuşoğlu bildirib ki, Türkiyə Cənubi Qafqazın sülh bölgəsi olmasını istəyir:
“Cənubi Qafqazda sülh və sabitliyin bərqərar edilməsindən hamı, o cümlədən Ermənistan və erməni xalqı faydalanacaq. Ermənistan özünü təcrid edib. Onların qonşuları ilə münasibətləri yaxşı deyildi. Ümid edirik ki, Ermənistan öz səhvlərindən nəticə çıxaracaq”, - deyə M. Çavuşoğlu qeyd edib.
Bizim.Media