“Aparıcılar efirdə düzgün danışa bilmir”

“Aparıcılar efirdə düzgün danışa bilmir”

Hazırda oxunan: “Aparıcılar efirdə düzgün danışa bilmir”

249877

Müğənni İlhamə Qasımova aparıcıları tənqid edib.

Bizim.Media xəbər verir ki, sənəyçi “Günə bax” proqramında onların danışığında qüsur olduğunu deyib:

“Aparıcılıq mədəniyyəti itirilib. O vaxt aktrisa belə diksiyasına görə seçilirdi. Həmidə Ömərova deyirdi ki, rayondan gəlmişdim, danışığımda qüsur var idi, müəllimlərim mənə rol vermirdilər.

Güzgü qarşısında məşq edirdim ki, danışığım düzəlsin. Aparıcılar gələndə müsabiqə keçirilirdi. İndi azadlığı, müasirliyi cılızlaşdırma ilə bərabər tuta bilmərik.

Türkiyədə, İngiltərədə, Amerikada xəbər aparıcılarının diksiyası necə gözəldir. Bizdə bir neçə aparıcını çıxmaq şərtiylə hamısı “ç”, “c”, “Azərbaçan” deyir. Kənddə böyümüşəm, kəndçiyəm. Efirdən çıxacağam, amamla başqa dildə danışacağam. Amma efirdə ədəbi dildə danışıram. Sosial mediada baxırsan müasir yaraşıqlı, gənc adamdı, danışanda görürsən “ç, c” deyir”. (axsam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO