“Heineken” pivəsi Ermənistanda Azərbaycanı təbliğ edir? – Ermənilər ŞOKDA - FOTO

“Heineken” pivəsi Ermənistanda Azərbaycanı təbliğ edir? – Ermənilər ŞOKDA - FOTO

Hazırda oxunan: “Heineken” pivəsi Ermənistanda Azərbaycanı təbliğ edir? – Ermənilər ŞOKDA - FOTO

24974

Ermənistan mağazalarında üzərində Azərbaycan bayrağının şəkli olan pivə satılır.

Bizim.Media xəbər verir ki, iyunun 15-də Ermənistanda Azərbaycan bayrağı və Azərbaycan yazısı olan “Heineken” pivəsinin fotoları sosial şəbəkələrdə və mediada yayılıb. Sosial media istifadəçiləri bu pivənin erməni mağazalarında satın alına və restoranlarda sifariş verilə biləcəyini iddia ediblər.
 

44 günlük müharibənin şokundan hələ də xilas ola bilməyən ermənilər məsələnin bu cür şəkil almasından bərk əndişələniblər. “Türklər evimizin içində”, “Bugün-sabah gəlib İrəvanda oturacaqlar” kimi, düşüncələrlə panika yaşayırlar.


Yüksələn rezonansla əlaqədar olaraq, Ermənistan Qida Təhlükəsizliyi Müfəttişliyi açıqlama verib.  Agentlikdən  2020-ci il Avropa çempionatı matçlarının keçirildiyi ölkələrin bayraqları “Heineken” şüşələrində əks olunması normal bir hal olduğu bildirilib.

"Heineken şirkəti, Avro 2020-nin rəsmi sponsorudur. Bununla əlaqədar olaraq çempionat oyunlarının keçirildiyi bütün ölkələrin bayraqları bu markanın şüşələrində yerləşdirilib".

Yaranan qalmaqalla əlaqədar təftiş aparıldıqdan sonra bəlli olub ki, pivə Rusiya Federasiyasında istehsal edilib və Gömrük İttifaqının və Ermənistan Respublikası qanunvericiliyinin tələblərinə tam uyğun olaraq Ermənistana idxal edilib.

Vüsalə Balayeva, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO