“Mənim borcumu ödəməmiş hara gedirsən? - Səyyad Arandan HƏKİMLƏRƏ

“Mənim borcumu ödəməmiş hara gedirsən? - Səyyad Arandan HƏKİMLƏRƏ

Hazırda oxunan: “Mənim borcumu ödəməmiş hara gedirsən? - Səyyad Arandan HƏKİMLƏRƏ

249701

“Rayonlardakı direktorlar rayonlara gedən həkimlərin sözlərinə uyaraq onları 3-4 aydan sonra geri göndərirlər”.

Bizim.Media xəbər verir ki, bunu deputat Səyyad Aran parlamentin bugünkü iclasında çıxışı zamanı deyib.

O bildirib ki, həkimlərin təyinatı məcburi olmalıdır:
 

“Mən Vətən, həkim qızım, həkim oğlum, səni oxutdum, təqaüd verdim, səni şöhrətli tibb məntəqələrindən təcrübədən keçirdim. Sənə dərs deyən müəllimlərə maaş verdim, hər cür əziyyətini çəkdim. Sən hara gedirsən, mənim borcumu ödəməmiş? Bu nə demokratiyadır? Buna filan rayonun havası düşmədi. Bu, əsassız bəhanədir, mütləq o, təyinatla getdiyi yerdə ən azı iki il işləməlidir. Ondan sonra geri qayıtmaq haqqında düşünməlidir. 


İmişlidə 140 minlik əhalinin bir dənə rentgenoloqu yoxdur, belə iş olar?! Saatlıda da həmçinin. İmişli, Saatlı, Sabirabadda 400 minə yaxın əhali yaşayır. Bir dənə lor həkimi yoxdur. Belə şey olar? Bunlar özlərini göstərmək üçün yığışıb Bakıya gəlməlidirlər. Mütləq şəkildə təyinat məcburi olmalıdır”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO