Sosial şəbəkələrdə gizli TİCARƏT – Fahişəliyə cəlb edilən qadınlar AŞKARLANDI

Sosial şəbəkələrdə gizli TİCARƏT – Fahişəliyə cəlb edilən qadınlar AŞKARLANDI

Hazırda oxunan: Sosial şəbəkələrdə gizli TİCARƏT – Fahişəliyə cəlb edilən qadınlar AŞKARLANDI

249664

Milli Məclisdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinlənilib.

Bizim.Media xəbər verir ki, məruzəni daxili işlər nazirinin birinci müavini Seyfulla Əzimov təqdim edib.

İllik məlumatda qeyd olunub ki, ötən il 91 nəfər insan alverinin qurbanı olub. Bildirilib ki, hesabat ilun 206 insan alveri cinayəti qeydə alınıb.

Həmçinin vurğulanıb ki, ötən il 3 Azərbaycan vətəndaşı xaricdə insan alverinə görə həbs edilib. Bundan başqa, 773 nəfərin əmək müqaviləsi olmadan çalışdığı aşkarlanıb. Məruzə zamanı diqqətə çatdırılıb ki, İnsan alverinə qarşı mübarizəylə əlaqədar yeni Milli Fəaliyyət Planı hazırlanaraq rəy verilməsi üçün müvafiq qurumlara təqdim olunub.
 

Ötən il sosial şəbəkələrdə fahişəliyə cəlb etmə maddəsi ilə 6 cinayət işi başladılıb. Əlavə olunub ki, informasiya texnologiyalarının ("WhatsApp", "TikTok", "İnstagram", "Telegram" sosial şəbəkələrində) tətbiqi ilə törədilmiş 44 (-14) müvafiq fakt da aşkarlanaraq Cinayət Məcəlləsinin 144-1-ci (insan alveri) maddəsi ilə 4 (+1), 243.1-ci (fahişəliyə cəlb etmə) maddəsi ilə 6 (+4), 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə 1 (+1) cinayət işi başlanılıb.


Diqqətə çatdırılıb ki, insan alverildə təsqsirləndirilən 11 nəfərin interpol kanalları ilə beynəlxalq axtarışları davam etdirilir. Həmçinin 616 azyaşlı hüquqazidd əməllərə təhrik edildiyinə görə 354 valideyn haqqında qanunauyğun tədbirlər görülüb.

Daha sonra müzakirələr başlayıb. Deputatlar illik məlumat barədə rəy və təkliflərini səsləndiriblər.

Sonda İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı səsə qoyularaq qəbul olunub.

Qeyd edək ki, "İnsan alverinə qarşı mübarizə haqqında" qanuna uyğun olaraq, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair illik məlumatı Milli Məclisə təqdim edir.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO