Tanınmış telejurnalist, ATV-nin “Bizimləsən” və “Zaurla Günaydın” verilişlərinin aparıcısı Zaur Baxşəliyevin müəllifi olduğu proqramların bağlanacağına dair məlumatlar yayılıb. Səbəb kimi isə Zaur-Günay cütlüyünün xaricə köçəcəkləri iddia olunur.
Qeyd edək ki, mediada artıq ikinci dəfədir ki, bənzər səpkidə məlumat yayılır.
Məsələ ilə bağlı ATV telekanalı ilə əlaqə yaratdıq. ATV rəsmisi Ozal İbrahimli Bizim.Media-ya açıqlamasında bildirib ki, yayılan məlumatların heç bir əsası yoxdur:
“Boş söhbətdir. Köhnə xəbərdir, yenidən hamı verir. Bununla bağlı 1 il öncə açıqlama verilib.
Köhnə xəbərə yeni açıqlama vermək qeyri peşəkarlıq olar”, - deyə Ozal İbrahimli qeyd edib.
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
15:23 / 15.05.2025
Aparıcı Zaurla Günayın xaricə köçməsi iddiasına ATV-dən REAKSİYA
Hazırda oxunan: Aparıcı Zaurla Günayın xaricə köçməsi iddiasına ATV-dən REAKSİYA
Hazırda oxunan: Aparıcı Zaurla Günayın xaricə köçməsi iddiasına ATV-dən REAKSİYA
249515
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.