Bakıda mozaikalar bərpa edildi - FOTO

Bakıda mozaikalar bərpa edildi - FOTO

Hazırda oxunan: Bakıda mozaikalar bərpa edildi - FOTO

249080

Bakıda mozaikaların bərpası davam edir.

Bizim.Media xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bakının bir sıra rayonlarındakı bəzi bina və parkları bəzəyən, xalqımızın tarixi-mədəni irsinin formalarından biri olan mozaika kompozisiyaları mövcuddur. Əfsuslar olsun ki, xalq tətbiqi sənətinin geniş istifadə edildiyi bu formaya müvafiq diqqət yetirilmədiyindən XX əsrdə yaradılan mozaika kompozisiyalarında restavrasiya işləri aparılmasına ciddi ehtiyac yaranıb.

Bizim.Media xəbər verir ki, bununla əlaqədar Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Bakı şəhərinin bir çox ərazilərində nadir monumental sənət nümunəsi olan mozaikanın bərpası üzrə işlər həyata keçirilib, bir sıra ünvanlarda bu mozaikalar bərpa olunub.

Aparılan bərpa işləri artıq Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən müəssisənin qarşısında və Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsindəki Suraxanı Dəmiryolu keçidinin qarşısında yekunlaşıb.

Hazırda işlər digər ünvanlarda da davam etdirilir. Bu layihə paytaxtın mədəni həyatında yeni bir səhifə açaraq, zamanın itirilmiş nəfəsini şəhər sakinlərinə və gələcək nəsillərə qaytarır.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO